Yaponiyanın baş naziri Esixiko Noda Rusiyaya planlaşdırılmış səfərini bu ölkənin prezidentinin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq təxirə salıb.
Rusiya KİV-lərində yer alan xəbərlərə görə, Yaponiya baş naziri bu haqda təşkil etdiyi mətbuat konfransında bildirib. Esixiko Noda prezident Putinin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq Moskva səyahətinin qeyri-müəyyən müddətə təxirə salındığını bildirib.
Əvvəllər Putinin zədə aldığı barədə xəbərlər çıxmışdı. Onurğöa sütunundan zədə alan prezidentin əməliyyat keçirdiyi haqda məlumat da yayılmışdı.
Rusiya KİV-lərində Putinin səhhətinin normal olduğu haqda xəbərlər çıxsa da, prezidentin səfərlərinin birbirinin ardınca təxirə salınması beyinlərdə suallar doğurur.
teleqraf.com