Medianews.az
19 yaşlı qız valideynlərini girov götürdü -
99 baxış

19 yaşlı qız valideynlərini girov götürdü - VİDEO

Türkiyənin Çorum şəhərində baş verən hadisə sakinlər arasında böyük narahatlıq yaradıb.

Medianews.az xəbər verir ki, 19 yaşlı qız ailə üzvləri ilə mübahisə etdikdən sonra bıçaqla anasını və atasını evdə girov götürüb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları təxminən bir saat davam edən danışıqlardan sonra gənc qızı təslim olmağa razı sala biliblər.

Bildirilib ki, girov saxlanılan valideynlər daha sonra sərbəst buraxılıb. Lakin gənc qız özünü evə kilidləyərək müqavimət göstərib, mənzildəki əşyalara ziyan vurub və pəncərələri sındırıb. Hadisə zamanı həm onun, həm də anasının əl nahiyəsindən xəsarət aldığı qeyd olunur.

Maraqlı məqamlardan biri isə ailənin daha əvvəl də qızlarının aqressiv davranışları ilə bağlı narahatlıq yaşaması olub. Məlumata görə, valideynlər bir müddət əvvəl onun barəsində uzaqlaşdırma qərarı verilməsi üçün müraciət etməyə çalışıblar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun