Medianews.az
16 şagird həlak olub -
86 baxış

16 şagird həlak olub - İnternat məktəbində yanğın

Keniyanın Rift Valli bölgəsində yerləşən qızlar üçün internat tipli məktəbin yataqxanasında baş verən yanğın nəticəsində 16 şagird həyatını itirib.

Keniyanın təhsil naziri Julius Migos jurnalistlərə bildirib ki, səbəbi hələ müəyyən edilməyən yanğın ölkənin qərbində yerləşən Gilgil qəsəbəsindəki “Otomişi” qız liseyində gecə başlayıb və iki saatdan çox davam edib.

Nazirin sözlərinə görə, hadisə nəticəsində daha 79 şagird xəsarət alıb. Yaralılardan 71-i tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb./AZƏRTAC

Bizə qoşulun