Dövlət Statistika Komitəsi 2025-ci il dekabrın 1-nə Azərbaycan əhalisinin sayını 10 milyon 259 min 701 nəfər göstərib. Hesabata görə, hər 1000 nəfərə 9,4 doğum, 5,8 ölüm, 3,6 təbii artım (doğum-ölüm nisbəti), 4,8 nikah, 2 boşanma düşüb.
Medianews.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən bəri analoji göstəricilər belə rəsmiləşib:
Doğum
1991-ci il – 26,6
1995-ci il – 18,9
2000-ci il – 14,7
2005-ci il – 16,9
2010-cu il – 18,5
2015-ci il – 17,4
2020-ci il – 12,7
Ölüm
1991 və 2005-ci illər – 6,2
1995-ci il – 6,7
2000-ci il – 5,9
2015-ci il – 5,7
2010-cu il – 6
2020-ci il – 7,6
Təbii artım
1991-ci il – 20,4
1995-ci il – 12,2
2000-ci il – 8,8
2005-ci il – 10,7
2010-cu il – 12,5
2015-ci il – 11,7
2020-ci il – 5,1
Nikah
1991-ci il – 10,4
1995-ci il – 5,7
2000-ci il – 5
2005-ci il – 8,5
2010-cu il – 8,9
2015-ci il – 7,2
2020-ci il – 3,5
Boşanma
1991 və 2020-ci illər – 1,5
1995 və 2000-ci illər – 0,7
2005-ci il – 1,1
2010-cu il – 1
2015-ci il – 1,3.