Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Medianews.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər “205-in 205-ə” formulu üzrə əsirləri qarşılıqlı şəkildə geri qaytarıblar.
Bildirilib ki, əsirlikdə olan yüzlərlə rusiyalı hərbçi ölkəyə qaytarılıb. Mübadilə nəticəsində Ukrayna tərəfi də eyni sayda hərbçisini geri alıb.
Tərəflər bundan əvvəl də bir neçə dəfə əsir mübadiləsi həyata keçiriblər.
Medianews.az