“Hətta kiçik miqdarda spirt yuxu keyfiyyətinə mənfi təsir edir”.
Medianews.az xəbər verir ki, bunu həkim Nensi Foldvari-Şefer deyib.
“Alkoqol yarımçıq yuxuya səbəb olur, yəni beyin qısa müddətə oyanır və yuxu dövrünün təkrar-təkrar kəsilməsinə səbəb olur. Nəticədə, insan bir gecədə tam yenilənə bilməyəcək”, - həkim deyib.
Mütəxəssis aydınlaşdırıb ki, nə qədər içməsindən aslı olmayaraq, alkoqol xüsusilə gecənin ikinci yarısında yuxuya mənfi təsir göstərir.
Medianews.az