Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin savaş arzulamadığı halda müharibəyə hazırlaşdığını bildirib.
Bu barədə "BelTA" xəbər agentliyi Belarus prezidentinə istinadən məlumat yayıb.
"Sülh dövründən söhbət gedə bilməz. Biz müharibəyə hazırlaşırıq. Buna görə də silahlı qüvvələrimizi yaratmışıq, onları saxlayırıq, xalq bizi dəstəkləmək üçün pul ödəyir. İnsanlar başa düşməlidirlər: biz müharibəyə qəti şəkildə qarşıyıq. Xüsusilə də zabitlərimiz, əsgərlərimiz, silahlı qüvvələrimiz. Çünki müharibənin nə olduğunu bilirik. Biz savaş istəmirik, amma ordu bunun üçündür. Əgər kimsə qəfildən bizimlə danışmaq və bizə silah tuşlamaq qərarına gəlsə, cavab verəcəyik. Biz buna hazırlaşırıq", - deyə dövlət başçısı bildirib./oxu.az