“Fevralın 28-də bölgəmizdə (İran) başlayan, artıq bir ayını tamamlayan müharibə, təhdid və təhlükə səviyyəsi artaraq davam edir”.
Medianews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Prioritetimiz ölkəmizin bu fırtınalı dövrü itkisiz və zərər görmədən keçirməsidir. Türkiyəni bu yanğından uzaq saxlamaqda qətiyyətliyik. Hökumət olaraq, müxalifətin bizi cəlb etmək istədiyi tələlərə düşmədən, ehtiyatlı, ölçülü, balanslı və rasional zəmində bu prosesi idarə edirik”, - o bildirib.//Teleqraf