Medianews.az
Yoluxduğu xəstəliyi ChatGPT ilə
72 baxış

Yoluxduğu xəstəliyi ChatGPT ilə müalicə etdi

İndoneziyanın Bali adasında siçan tifusuna yoluxan rusiyalı turist, özünü ChatGPT ilə müalicə edib.

Medianews.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı yazıb.  

32 yaşlı Nadejda və əri Yoşkar-Oladan Çanqu rayonuna gəliblər və orada bir villada qalıblar. Bir gün otaqlardan birində xüsusi tələyə siçovul düşüb. Qadın gəmiricini buraxıb, lakin sonradan o, geri qayıdıb.

Bir neçə gün sonra qadın aşağı hərarətlə oyanıb. O, həmçinin şiddətli baş ağrıları, nəfəs darlığı və toxunuşa ağrılı reaksiya verdiyini bildirib. Təcili yardım işçiləri dərman yazıblar, lakin heç bir analiz tələb etməyiblər.

Daha sonra qadının vəziyyəti pisləşib - yuxarıda sadalanan simptomlara qulaq tıkanıklığı da əlavə olunub və temperaturu sabit qalıb. Üçüncü gün turistlər yenidən tibb işçilərini çağırıblar. Bu dəfə onlar qadına ona damardaxili maye kursu təyin ediblər.

Diaqnostik nəticələr denge qızdırmasının kritik mərhələsini və trombosit sayının aşağı olduğunu aşkar edib. Rus qadın ayaqlarında uyuşma, ağciyərlərində və bağırsaqlarında ağrı hiss etməyə başlayanda xəstəxanaya yerləşdirilməkdən imtina edib və ChatGPT vasitəsilə müalicəni seçib. ChatGPT qadına siçovul tifi diaqnozu qoyub və dərmanlar təyin edib. Bu da onun sağalmasına kömək edib.

Medianews.az

Bizə qoşulun