Bakı şəhərində metronun "28 May" stansiyasının yaxınlığında avtoqəza olub.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə 77-JS-678 nömrə nişanlı 5 nömrəli marşrut xəttində "BakuBus"ın avtobusu ilə "Ford" markalı, 10-TX-252 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
