Medianews.az
Şəmkirdə meyiti tapılan şəxsin yeniyetmə oğlu axtarışa verildi -
235 baxış

Şəmkirdə meyiti tapılan şəxsin yeniyetmə oğlu axtarışa verildi - FOTO

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində meyiti dərədən tapılan 1970-ci il təvəllüdlü Arif Nəbiyevin ölümünün bəzi təfərrüatı məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qətl hadisəsinin A.Nəbiyevin yeniyetmə oğlu tərəfindən törətdiyi ehtimal olunur.

İlkin məlumata görə, A.Nəbiyev ötən ilin iyulunda yaşadığı Zəyəm Cırdaxan kəndinə gəlib və burada yaşamağa başlayıb. Təxminən 4-5 gün öncə onun itkin düşməsi xəbəri yayılıb. Bu gün isə meyiti tapılıb.

56 yaşlı kişinin Rusiyada dünyaya gələn və onunla birlikdə Azərbaycana qayıdan oğlu tərəfindən törədildiyi qeyd olunur.

Yeniyetmənin barəsində axtarış elan olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Bizə qoşulun