Pakistanda ev aslanı 8 yaşlı qıza hücum edib.
Medianews.az xəbər verir ki, hadisə, Lahor şəhərində baş verib.
Yırtıcının sahibləri Bilaval və Şücaət onu rikşada daşıyırdılar. Onlar aslanı oradan düşürdəndə yırtıcı qəfildən aqressiv davranmağa başlayıb. Elə həmin anda yoldan keçən səkkiz yaşlı bir qıza hücum edib. Qız qollarından və ayaqlarından xəsarət alıb.
Zərərçəkən xilas edilərək xəstəxanaya aparılıb. Qısa müddət sonra hadisə yerinə polis gəlib. Lakin o vaxta qədər Bilavala və Şucaata artıq yırtıcı ilə birlikdə qaçmışdılar. Onlar hələ də axtarılır.
Hadisə ilə əlaqədar olaraq, yerli hakimiyyət orqanları bütün şir və pələng sahibləri ilə bağlı araşdırma başladıb. Polis artıq evlərdə qanunsuz saxlanılan 11 vəhşi pişiyi müsadirə edib.
Medianews.az