Medianews.az
Rekord qıran serialda sensasion ayrılıq
115 baxış

Rekord qıran serialda sensasion ayrılıq

Türkiyənin böyük maraqla izlənilən seriallarından olan "Yeraltı" mövsüm finalına hazırlaşır.

Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu ilin ən çox müzakirə olunan layihələrindən biri olan ekran işi 20 may tarixində yayımlanacaq 16-cı bölümlə mövsüm finalına çıxacaq.

Ssenarisi Berna Aruz tərəfindən qələmə alınan, rejissorluğunu isə Murat Öztürk edən serialın sezon finalında diqqətçəkən ayrılıq yaşanacaq.

Layihəyə "Kartal" obrazı ilə qatılan aktyor Cemal Hünal seriala vida edir.

Məlumata görə, onun canlandırdığı obraz sezon finalında baş verəcək sarsıdıcı hadisələrlə ekranlara vida edəcək.

Qeyd edək ki, "Yeraltı" yayımlandığı ilk gündən həm mövzusu, həm də aktyor heyəti ilə sosial şəbəkələrdə geniş rezonans doğurmağı bacarıb.

Bizə qoşulun