Rusiyada bir qrup yeniyetmə polisi döyüb.
Medianews.az xəbər verir ki, hadisə Vorkuta şəhərində baş verib.
Yeniyetmələr ticarət mərkəzində iğtişaşlar törədir, qəbul məntəqələrində işçiləri hədələyir və binanın içərisinə butulkalar atırdılar. Hadisə yerinə polis çağırılıb.
Polislər yeniyetmələri ərzidən uzaqlaşdıra biliblər. Bir müddət sonra yeniyetmələr ticarət mərkəzinə qayıdıb və işçilərdən onların fəaliyyətlərinin görüntülərini müşahidə kameralarından silməyi tələb ediblər.
Polislər yenidən hadisə yerinə gəlib. Qısa müddətdən sonra 17 yaşında olan yeniyetmə bir polisi yumruqlamağa başlayıb. Sonra isə, dostları da ona qoşulub.
Yeniyetmələr saxlanılıb. Təhrikçiyə qarşı dövlət məmuruna qarşı zorakılıq tətbiq etmək maddəsi ilə cinayət işi açılıb.
Medianews.az