Medianews.az
Yeni konstitusiyasının qəbulu gündəmdədir -
131 baxış

Yeni konstitusiyasının qəbulu gündəmdədir - Paşinyan

"Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi hakim Vətəndaş Müqaviləsi Partiyasının gündəmində qalmaqdadır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib.

"Seçkinin nəticələrinə əsasən formalaşmış çoxluğun seçkiqabağı proqramına yeni konstitusiyanın qəbulu gündəliyi də daxildir", - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, konstitusiyanın əsas əhəmiyyəti hüquq qaydasının, konstitusiya quruluşunun bərqərar olmasından, habelə "bu quruluşun xalqla üzvi bağlılığının təmin edilməsindən" ibarətdir./Oxu.Az

Bizə qoşulun