“Veres”in futbolçusu Kay Çipot karyerasını Azərbaycanda davam etdirməyə yaxın olub.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Mənbənin məlumatına görə, “Neftçi” 25 yaşlı mərkəz müdafiəçisi üçün konkret təklif göndərib. Lakin klublar transfer şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Bu səbəbdən sloveniyaılı hələlik “Veres”də məşqlərini davam etdirir. Eyni zamanda onun namizədliyini bir neçə klubun izlədiyi də qeyd olunub.
Kay Çipot “Veres”ə 2025-ci ilin yayında keçib. Onun müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Saytımızın “Neftçi“dən əldə etdiyi məlumata görə, balkanlı legioner bir müddət əvvəl menecerlər vasitəsilə Bakıya xəbər göndərib.
O, karyerasını ölkəmizdə davam etdirmək istədiyini bildirib. Yuri Vernidub bu keçidin gerçəkləşməsinə maraq göstərib.
Di gəl, “Veres“ 300 min avronun üzərində təzminat tələbi irəli sürərək, keçidin reallaşmasına faktiki problem yaradıb.
Bu üzdən sloveniyalının “Neftçi“nin formasını geyinmək ehtimalı hazırda çox aşağıdır./Sportinfo.az