Astroloqların fikrincə, bu yay bəzi bürclər üçün sevgi həyatı xüsusilə rəngarəng və həyəcanlı olacaq.
Medianews.az xəbər verir ki, yay istirahəti zamanı yeni münasibətlər, unudulmayan görüşlər və köhnə sevgilərlə yenidən yaxınlaşma ehtimalı yüksəkdir.
Ən şanslı bürclərdən biri Əkizlər bürcü hesab olunur. Astroloqlar qeyd edirlər ki, Əkizlər bu yay gözlənilməz bir tanışlıq yaşayaraq ürəklərini fəth edən insanla qarşılaşa bilərlər.
Şir bürcü nümayəndələrinin də romantik baxımdan uğurlu dönəm keçirəcəyi bildirilir. Xüsusilə istirahət və səyahət zamanı başlayacaq münasibətlərin ciddi sevgiyə çevrilə biləcəyi vurğulanır.
Yay aylarında sevgisinə qovuşacaq bürclər sırasında Tərəzi bürcü də yer alır. Onların uzun müddətdir gözlədikləri insanla münasibətlərində yeni mərhələnin başlayacağı deyilir.
Balıq bürcü üçün isə duyğusal və romantik günlərin yaxınlaşdığı qeyd olunur. Astroloqlar Balıqların yay mövsümündə sevgi etirafı və xoş sürprizlərlə qarşılaşacağını bildirirlər.
Mütəxəssislər hesab edirlər ki, yay aylarında pozitiv enerji və yeni mühitlər bir çox bürcün sevgi həyatına təsir göstərəcək.//Milli.Az