Diyetoloqların sözlərinə görə, gündə bir fincan yaşıl çay içmək orqanizmə bir sıra müsbət təsirlər göstərə bilər.
Medianews.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, yaşıl çay tərkibindəki L-teanin və kofein sayəsində diqqəti artırır və yüngül enerji verir. Bundan əlavə, antioksidantlarla zəngin olması ürək, beyin, qaraciyər və həzm sisteminin sağlamlığını dəstəkləyə bilər.
Araşdırmalara əsasən, yaşıl çayın müntəzəm və ölçülü qəbulu insult riskinin azalması ilə də əlaqələndirilir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, yaşıl çaydakı taninlər dəmirin sorulmasına mane ola bilər. Buna görə də dəmir çatışmazlığı və ya anemiya olan şəxslərə çayı yeməkdən ən az bir saat sonra içmək tövsiyə olunur.
Medianews.az