Medianews.az
Yağışdan əvvəl oynaqlar
72 baxış

Yağışdan əvvəl oynaqlar niyə ağrıyır?

Yağışdan əvvəl diz və digər oynaqlarda yaranan ağrılar real fizioloji səbəblərlə bağlı ola bilər.

Medianews.az xəbər verir ki, bu barədə ortoped Anuja Ceyna danışıb.

O bildirib ki, xüsusilə osteoporozdan əziyyət çəkən insanlar hava dəyişikliklərinə daha həssas olurlar. Bunun səbəbi qığırdaq toxumasının zədələnməsi və oynaqların təzyiq dəyişikliklərinə daha güclü reaksiya verməsidir.

Mütəxəssisin sözlərinə görə, yağış adətən atmosfer təzyiqinin azalması, rütubətin artması və temperaturun düşməsi ilə müşayiət olunur. Təzyiqin azalması zamanı oynaq ətrafındakı toxumalar genişlənərək sinirlərə təzyiq göstərə bilər və bu da ağrıya səbəb olur.

Həmçinin soyuq hava əzələlərin daha çox gərilməsinə, hərəkətsizlik isə oynaqların zəifləyərək ağrıların artmasına səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun