Medianews.az
Xameneinin dəfn olunduğu
105 baxış

Xameneinin dəfn olunduğu ziyarətgah YANIB

Bu gün günorta saatlarında İranın mərhum ali lideri Əli Xameneyinin dəfn olunduğu Məşhəd şəhərindəki İmam Rza ziyarətgahı kompleksində yanğın baş verib.

Medianews.az xəbər verir ki, yanğın ziyarətgah ərazisində yerləşən bitum emalatxanasında başlayıb.

Hadisə yerinə ziyarətgahın yanğınsöndürmə qüvvələri və Məşhəd Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub və alov qısa müddətdə nəzarət altına alınıb.

Hadisə zamanı ərazidə sıx tüstü müşahidə olunsa da, yanğının digər hissələrə yayılmasının qarşısı alınıb. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.//Bakues.az 

Bizə qoşulun