Medianews.az
Kayl Uoker:
77 baxış

Kayl Uoker: "Messi dahidir"

İngiltərə millisinin sabiq müdafiəçisi Kayl Uoker DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesabı ilə məğlubiyyətdən sonra Lionel Messi barədə fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, Uokerin sözlərinə görə, Messi onun üçün futbol tarixinin ən böyük oyunçusudur.

Uoker qeyd edib ki, İngiltərə yığması argentinalı ulduzu dayandırmağa çalışsa da, Messi yenə də oyunun taleyini dəyişməyi bacarıb.

“İlk hissədə Messi sakit idi. Onu yaxşı nəzarətdə saxlayırdıq. Amma o, dahidir. Elə görünür ki, top istəmir, sonra qəfil canlanır və iki qolun yaranmasında əsas rol oynayır. Məhz buna görə onu futbol meydanına çıxmış ən böyük oyunçu hesab edirəm”, – deyə Uoker bildirib.

Qeyd edək ki, Argentina finalda İspaniya ilə qarşılaşacaq, İngiltərə isə üçüncü yer uğrunda Fransa ilə mübarizə aparacaq.

Medianews.az

Bizə qoşulun