2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Medianews.az hesabatı yayan Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, yarım ildə pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi başqa qeyri-ərzaq mallarının payına düşüb.
Bir nəfərin orta hesabla ayda 285,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 240 manatlıq qeyri-ərzaq malları aldığı vurğulanır.