Medianews.az
 Bellingem:
76 baxış

Bellingem: "Bizi bağışlayın"

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem DÇ-2026-nın yarımfinalında Argentinaya məğlubiyyətdən sonra azarkeşlərə müraciət edib.

Medianews.az xəbər verir ki, Bellingemın sözlərinə görə, komandanın finala yüksələ bilməməsi onu məyus edib və İngiltərə ilə böyük uğur qazanmaq istəyirdi.

“Çox kədərlənmişik. Nəhayət, bunu bacaracaq İngiltərə millisinin bir parçası olmaq istəyirdim. Azarkeşlərə illərdir eşitdikləri eyni sözləri demək çox ağırdır. Bizi bağışlayın”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, İngiltərə DÇ-2026-da üçüncü yer uğrunda görüşdə Fransa ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun