Medianews.az
Xomeyninin nəvəsi xalqa müraciət etdi
243 baxış

Xomeyninin nəvəsi xalqa müraciət etdi

İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi, hazırda ölkənin növbəti ali rəhbəri postuna mümkün namizədlərdən biri hesab olunan din xadimi Həsən Xomeyni xalqa müraciət edib.

Medianews.az-ın məlumatına görə, Həsən Xomeyni deyib: “Bir an belə küçələri və məscidləri tərk etməyin. Bizim gücümüz xalqın birliyində, insanların meydanda olmasındadır”.

Həsən Xomeyni vurğulayıb ki, müharibə başa çatanadək məscidlər dolu olmalıdır: “Bu gündən müharibənin sonuna qədər hamının vəzifəsi məscidlərdə olmaq, məscidləri doldurmaqdır. Bizim istehkamlarımız məscidlər və şəhər meydanlarıdır. Hər bir meydan əlində İmam Hüseyn bayrağı olan qara geyimli insanlarla dolmalıdır”.

Həsən Xomeyni hazırda babası Xomeyninin məqbərəsinin mühafizəçisi və rəhbəri kimi fəaliyyət göstərir. O, indiyədək dövlət vəzifəsi tutmayıb. 2016-cı ildə Ekspertlər Şurasına namizədliyini irəli sürsə də, istəyinə çatmayıb.

Hazırkı müharibə şəraitində onun çağırışı ölkədə səfərbərlik və ictimai mobilizasiyaya xidmət edən siyasi mesaj kimi qiymətləndirilir.

Medianews.az

Bizə qoşulun