Medianews.az
“Xınalıq” restoranında ofisiant
122 baxış

“Xınalıq” restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən “Xınalıq” restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo

Bizə qoşulun