Medianews.az
Xəbəri yoxdur ki, Nobel mükafatı alıb – Amerikalı alim axtarılır
1,065 baxış

Xəbəri yoxdur ki, Nobel mükafatı alıb – Amerikalı alim axtarılır

Sentyabrın 6-da Norveç Nobel Komitəsi 2025-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına Meri E.Brunkov, Fred Ramsdell və Şimon Sakaquçinin layiq görüldüyünü elan edib. Onlar bu mükafata periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Medianews.az bildirir ki, üstündən bir sutka ötsə də, Nobel Komitəsi bu xəbəri amerikalı alim Fred Ramsdellə çatdıra bilməyib. Çünki Fred Ramsdell cəmiyyət içində olmağı xoşlamır, vaxtının çoxunu ABŞ-ın Aydaho ştatında vəhşi təbiətdə düşərgə salıb təkbaşına gəzməklə keçirir.

Qərb mediası yazır ki, Ramsdellin dostları, həmkarları xəbəri ona çatdırmağa cəhd göstərirlər, lakin hələ buna nail ola bilməyiblər.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun