Medianews.az
Xarici ticarət: dövriyyə də azalıb, idxal və ixrac da
1,621 baxış

Xarici ticarət: dövriyyə də azalıb, idxal və ixrac da

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 112 ölkəyə ixrac, Azərbaycana 167 ölkədən idxal qeydə alınıb.

Medianews.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən bildirir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 7,1 faiz, idxal 5,5 faiz, ixrac 8,2 faiz azalıb.

Xarici ticarət dövriyyəsinin 25,9 faizi İtaliya, 12 faizi Türkiyə, 10,4 faizi Rusiya, 9,2 faizi Çin, 3,2 faizi Almaniya, 2,9 faizi Böyük Britaniya, 2,5 faizi ABŞ, 2,2 faizi Çexiya ilə, qalan hissəsi başqa ölkələrlə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun