Medianews.az
Xankəndiyə güclü yağış,
102 baxış

Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı – VİDEO

Mayın 21-də Xankəndi şəhərinə leysan xarakterli yağış, Xocalı rayonunun Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.

Medianews.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Məlumata görə, bu gün günorta saatlarında bölgədə başlayan yağıntı qısa müddətdə intensiv xarakter alıb. Yağıntı və dolu nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.

Elektrik enerjisi, qaz və su təchizatı normal rejimdə fəaliyyətini davam etdirir. Həmçinin yaşayış məntəqələrində infrastruktura və fərdi təsərrüfatlara ziyan dəyməyib.

Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağıb - FOTO - VİDEOXankəndiyə güclü yağış, Xocalıya isə dolu yağıb - FOTO - VİDEOXankəndiyə güclü yağış, Xocalıya isə dolu yağıb - FOTO - VİDEO



Bizə qoşulun