Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.
Musavat.com-un xəbərinə əsasən, sənətçi bildirib ki, son bir ay ərzində həm bacısı, həm də qardaşı ürək əməliyyatı keçirib.
Müğənni yaxınlarının sağlamlığı üçün vaxtında tibbi müdaxilənin vacibliyini vurğulayaraq, insanları səhhətlərinə biganə qalmamağa çağırıb.
"Son 1 ay ərzində bacımı və qardaşımı ürək əməliyyatına məcbur etdim. Əzizlərimizi yaşatmağa gecikməyək", - deyə Brilliant Dadaşova paylaşımında qeyd edib.
Müğənni həmçinin peşəkar həkimlərə təşəkkürünü ifadə edərək, onların hər zaman insanların köməyində olmasını arzulayıb.