U-20 millimiz ilk qrup qələbəsini meydan sahiblərinə qarşı oyunda qazanıb.
Medianews.az bildirir ki, 12 iyul oğlanlardan ibarət U-20 millimiz Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatı B divizionunda ikinci qrup oyununu keçirib.
Basketbolçularımız ev sahibi Slovakiya seçməsi ilə gərgin oyunun yekununda 72:66 hesablı qələbə qazanıb.
Görüşün ən məhsuldar oyunçusu 26 xal, 16 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib.
Qeyd edək ki, yığmamız qrupda növbəti oyununu 14 iyul Bakı vaxtı ilə saat 22:30-da İrlandiyaya qarşı keçirəcək.