Medianews.az
    Baş məşqçi Slovakiya üzərində qələbədən sonra:
102 baxış

Baş məşqçi Slovakiya üzərində qələbədən sonra: “Bu uğur tarixidir”

Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisinin baş məşqçisi Anar Sarıyev Slovakiya üzərində qazanılan qələbəni dəyərləndirib.

Medianews.az bildirir ki, baş məşqçi bildirib ki, komanda ilk oyundan sonra rəqibi tam təhlil edə bilmədiyi üçün müəyyən çətinliklərlə üzləşib: “İlk oyundan sonra rəqibi tam təhlil edə bilmədiyimiz üçün müəyyən çətinliklərlə qarşılaşdıq. İsveç qrupda 3-də 3 etməklə nə qədər güclü kollektiv olduğunu göstərdi. Lakin uşaqlar Slovakiya ilə qarşılaşmada əsl əzmkarlıq, gözəl basketbol və vətən sevgisi nümayiş etdirərək layiqli bir qələbə qazandılar.”

Anar Sarıyev komandanın bütün üzvlərini təbrik edərək bu uğurun Azərbaycan basketbolu üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Millimizin bütün üzvlərini təbrik edirəm. Bu, komandamız üçün çox böyük və tarixi bir qələbədir. İnşallah, növbəti oyunlarda da azarkeşlərimizi yaxşı nəticələrlə sevindirməyə çalışacağıq”, – deyə baş məşqçi qeyd edib.

Bizə qoşulun