Medianews.az
Xalıq Rəhmanova
113 baxış

Xalıq Rəhmanova vəzifə verildi

Xalıq Qəhrəman oğlu Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Medianews.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

O, 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

X.Rəhmanov 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

O, 2012-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.//Metbuat.az 

Bizə qoşulun