Medianews.az
WUF13-də qlobal şəhərlər
61 baxış

WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) "Boston Consulting Group" beynəlxalq konsaltinq şirkətinin qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib.

Medianews.az  "Report"a istinadən xəbər verir ki, təqdimata ev sahibi Bakının da adı daxil edilib.

Şirkətin nümayəndəsi Yekaterina Şapoçka bildirib ki, yaşayışa yararlılıq baxımından Avropa şəhərləri liderliyini qoruyub saxlayır:

"Tədqiqata görə, Sürix, London və Oslo ilk üç yeri tutur. Lakin Şanxay və Orta Asiya şəhərləri sürətlə bu fərqi azaldır, Şanxay isə hazırda 14-cü yerdədir. Əslində, inkişaf etməkdə olan şəhərlər yaşayışa yararlılıq baxımından ən güclü irəliləyişlərə imza atıblar və bu tendensiya davam edərsə, istedad axını bu şəhərlərə keçə bilər".

Bizə qoşulun