Medianews.az
Doğum günündə vəfat edən məşhur müğənninin mirası AÇIQLANDI -
272 baxış

Doğum günündə vəfat edən məşhur müğənninin mirası AÇIQLANDI - ŞOK MƏBLƏĞ

78 yaşında vəfat edən türkiyəli məşhur müğənni Muazzez Abacının külli miqdarda sərvəti olduğu açıqlanıb.

Medianews.az xəbər verir ki, Türk klassik musiqisinin əfsanəvi sənətkarı Muazzez Abacı 78-ci doğum günündə ürək xəstəliyi səbəbiylə müalicə olunduğu xəstəxanada dünyasını dəyişmişdi.

Onun vəfatından sonra sənətkarın qoyub getdiyi sərvət və əmlakla bağlı müxtəlif iddialar gündəmə gəlib. Məlumata görə, Abacının aktivlərinə Tuzlada villa, Kuzguncuk və Şişlidə mənzillər, bankda külli miqdarda nağd pul, eləcə də avtomobil və cip daxil olub.

Bəzi KİV-lərdə və sosial media paylaşımlarında yer alan “1,2 milyard dollarlıq sərvət” iddiası isə heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyib.

Miras məsələsinə gəldikdə isə, Muazzez Abacının yeganə övladı olan qızı Səba Abacı onun qanuni varisi kimi göstərilir. Ailə tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, hüquqi olaraq bütün aktivlərin qızına keçəcəyi bildirilir.

Medianews.az

Muazzez Abacı'nın mal varlığı belli oldu

Bizə qoşulun