Medianews.az
Varşavada təyyarə qəzası: Ölənlər var -
108 baxış

Varşavada təyyarə qəzası: Ölənlər var - FOTO/VİDEO

Polşanın paytaxtı Varşavanın Bemovo hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarə eniş etməyə çalışıb, lakin sürücülərin təlim mərkəzinin yaxınlığında yerə çırpılıb.

Bu barədə WP nəşri məlumat verib.

"Mülki aviasiya qəzası baş verib, təyyarə hava limanına çatmayıb. Bizdə olan məlumata görə, təəssüf ki, hazırda iki ölü var", - deyə Varşava Yanğından Mühafizə İdarəsinin mətbuat qrupu bildirib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər. Operativ xidmətlər zərərçəkənlərin xilası üçün bütün səylərini göstəriblər, lakin onların həyatları qurtarmaq mümkün olmayıb.

Həmçinin məlum olub ki, insident nəticəsində yaxınlıqdakı meydançada olan kənar şəxs də yaralanıb. Lakin ona lazımi tibbi yardım göstərilib və həyatına hər hansı təhlükə yoxdur./oxu.az

Bizə qoşulun