"Kanal D"nin reytinqli serialı “Uzaq Şəhər”in mövsüm finali dramatik hadisələrlə yadda qalıb.
Medianews.az xəbər verir ki, Cihan və Alyanın toy günü baş verən silahlı hücum nəticəsində Boran Albora və Şahin Albora obrazlarının hekayəsi sona çatıb.
Hadisələr zamanı Boran qardaşı Cihanı vurmağa cəhd etsə də, anası Sadakat Albora daha böyük faciənin qarşısını almaq üçün oğlunu güllələyərək öldürüb. Toyda yaralanan Şahin də serialla vidalaşan personajlar arasında olub.
Final bölümündə Alya oğlunu da götürərək Kanadaya yollanıb. Bu gediş yeni mövsümlə bağlı suallar yaradıb.
Digər diqqətçəkən hadisə isə Demirin ölümü olub. Zerrin onu avtomobillə uçurumdan aşağı göndərərək öldürüb və bununla da Demir obrazının hekayəsi başa çatıb.
Beləliklə, mövsüm finalində Boran, Şahin və Demir olmaqla üç əsas obraz serialdan ayrılıb. Demiri canlandıran Ferit Kaya, Şahin rolunun ifaçısı Alper Çankaya isə layihə ilə vidalaşan aktyorlar sırasına qoşulub.
Final səhnələri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər mövsüm finalını gözlənilməz və təsirli adlandırıblar.


