İsrail Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu qatıldığı görüşdə ailəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Medianews.az-ın xəbərinə görə, o bildirib ki, uşaqları atalarının kimliyinə görə təhqir və zorakılığa məruz qalıb.
Sara Netanyahu çıxışı zamanı uşaqlara qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb və bu cür halların həm real həyatda, həm də internetdə qınanmalı olduğunu deyib.
Onun sözlərinə görə, “Uşaqlarım sadəcə Netanyahunun övladları olduqları üçün təhqir və zorakılığa məruz qalıblar. Uşaqlara qarşı hücumları hər yerdə, istər üzbəüz, istərsə də internetdə qınamalıyıq”.
Sara Netanyahunun bu açıqlamaları fonunda İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan uşaqlar məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Məlumata görə, Qəzza zolağında uzun illərdir davam edən blokada və xüsusilə 2023-cü ilin oktyabr ayından sonra artan hücumlar nəticəsində minlərlə mülki şəxs, o cümlədən uşaqlar həyatını itirib.
Bildirilib ki, Qəzzada yaşayan uşaqlar sığınacaq, təhsil və səhiyyə kimi əsas ehtiyaclardan məhrum olduqları üçün ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparırlar.
Medianews.az
