Medianews.az
Netanyahunun gizli PLANI:
130 baxış

Netanyahunun gizli PLANI: Tehrana kimyəvi hücum olacaq?

“İsrail Tehranda kimyəvi silahdan istifadə edə bilər”.

Bunu Medianews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullzadə deyib.

Onun sözlərinə görə, İran silahlı qüvvələrinin tam edilməsi və dövləti tam iflic vəziyyətə gətirmək üçün Benyamin Netanyahu kimyəvi silah işlədilməsində maraqlıdır: “ABŞ prezidenti D. Trampın buna razılıq verməsi istisna deyil. Həmçinin İsrail artıq mülki infrastruktura zərbələr endirməyə və Tehranı Qəzza kimi yaşayış üçün əlverişsiz vəziyyətə salmaq üçün intensiv bombalama planını növbəti mərhələdə icra etməyə başlaya bilər.

Neft-qaz infrastrukturunun vurulması müharibənin yeni mərhələyə keçməsidir. İsrail Baş naziri B. Netanyahu atəşkəs və danışıqlarda maraqlı deyil.

Hazırda İranda tam hakimiyyəti ələ keçirən SEPAH İsrailə qarşı çirkli bombalardan istifadə edə bilər. Qarşılıqlı məhv etmə taktikası regionda ekoloji fəlakətə gətirib çıxara bilər”.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun