“Kaliumla zəngin qidalar ürəyin sağlamlığını qorumağa kömək edə bilər”.
Medianews.az xəbər verir ki, bunu kardioloq Anton Vaxlyaev deyib.
O, həmçinin daha çox təzə tərəvəz, meyvə və göyərti yeməyi tövsiyə edib.
"Bir çox tərəvəz və meyvələr ürəyin, o cümlədən əzələlərin düzgün işləməsi üçün vacib mikroelement olan kaliumla çox zəngindir. Kalium aritmiyanın qarşısını almaq üçün də yaxşıdır. Kaliumla zəngin qidalara banan, bolqar bibəri, pomidor, üzüm və bir çox quru meyvələr daxildir. Püstə kimi bəzi qoz-fındıqlarda da yüksək miqdarda kalium var.
Kardioloq çoxlu doymamış yağ turşularını ehtiva edən qoz-fındıqlara xüsusi diqqət yetirməyi tövsiyə edib - bunlar antioksidant rolunu oynayır və dolayı yolla qan laxtalanması ilə mübarizə aparmağa kömək edir.
Medianews.az