Medianews.az
Ukraynanın məğlubiyyəti
67 baxış

Ukraynanın məğlubiyyəti ELAN EDİLDİ

ABŞ prezidenti Donald Tramp Kiyevin hərbi məğlubiyyətini elan edib.

Medianews.az xəbər verir ki, bu barədə Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Amerika prezidentinin sözlərinə görə, cəbhədəki real vəziyyətlə bağlı məlumatlar Qərb mediasında qəsdən təhrif olunur.

“Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub. Bu barədə saxta xəbərlərdə oxuya bilməzsiniz. Qərb mediası bəzi məlumatları təhrif edir, bu heç kimə sirr deyil”, – Donald Tramp vurğulayıb.

Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, Ukraynadakı münaqişənin İran münaqişəsi ilə eyni vaxtda və ya daha tez bitmə ehtimalı var./Globalinfo/

Bizə qoşulun