Medianews.az
Tusk çağırış etdi:
64 baxış

Tusk çağırış etdi: Rusiyaya təzyiq göstərilsin  

Polşanın baş naziri Donald Tusk Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Rusiyaya sanksiya təzyiqi göstərilməsinə çağırıb.

Medianews.az xəbər verir ki, o, bu açıqlamanı "könüllülər koalisiyası"nın Parisdə keçirilən iclasından sonra verib.

Tusk, Moskvanı danışıqlar masasına həqiqətən oturmağa məcbur etməyin vacibliyini vurğulyıb. Tuskun sözlərinə görə, son sammitin bütün iştirakçıları Rusiyaya təzyiq göstərməyə, o cümlədən sanksiyalar tətbiq etməklə, onu sülh prosesini ciddiyə almağa məcbur etməyə hazırdırlar.

"Polşa Rusiyanın mövqeyinə dair sadəlövhcəsinə nikbin deyil. Mən Rusiyanın xoşməramlılığına çox şübhə ilə yanaşıram", - deyə o bildirib.

Medianews.az

Bizə qoşulun