Medianews.az
ABŞ-ın tərk etmək qərarı verdiyi 66 beynəlxalq təşkilatın
304 baxış

ABŞ-ın tərk etmək qərarı verdiyi 66 beynəlxalq təşkilatın TAM SİYAHISI

Xəbər veridiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp federal qurumlara ölkənin 66 beynəlxalq təşkilatı tərk etməsini hökm edən sərəncam imzalayıb.

Sərəncama əsasən, ABŞ BMT-nin 31 strukturunda, BMT-dən kənar isə 35 təşkilatda iştirakı və onların maliyyələşməsini dayandırmalıdır.

Qərar həmin 66 təşkilatda iştirakın ABŞ-ın maraqlarına uyğun gəlməməsi ilə əsaslandırılıb.

Medianews.az ABŞ-ın tərk etmək qərarına gəldiyi qurumların tam siyhasını təqdim edir:

BMT qurumları:

  1. İqtisadi və Sosial Məsələlər Departamenti
  2. BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) — Afrika üzrə İqtisadi Komissiya
  3. ECOSOC — Latın Amerikası və Karib Hövzəsi üzrə İqtisadi Komissiya
  4. ECOSOC — Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiya
  5. ECOSOC — Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiya
  6. Beynəlxalq Hüquq Komissiyası
  7. Cinayət Tribunal­ları üzrə Beynəlxalq Qalıq Mexanizm
  8. Beynəlxalq Ticarət Mərkəzi
  9. Afrika üzrə Xüsusi Müşavirin Ofisi
  10. Silahlı Münaqişələrdə Uşaqlar üzrə Baş katibin Xüsusi Nümayəndəsinin Ofisi
  11. Münaqişələrdə Seksual Zorakılıq üzrə Baş katibin Xüsusi Nümayəndəsinin Ofisi
  12. Uşaqlara Qarşı Zorakılıq üzrə Baş katibin Xüsusi Nümayəndəsinin Ofisi
  13. Sülhqurma Komissiyası
  14. Sülhqurma Fondu
  15. Afrika Mənşəli Xalqlar üzrə Daimi Forum
  16. BMT Sivilizasiyalar Alyansı
  17. İnkişaf etməkdə olan ölkələrdə meşələrin qırılması və meşə deqradasiyasından yaranan emissiyaların azaldılması üzrə BMT-nin birgə proqramı
  18. BMT-nin Ticarət və İnkişaf Konfransı
  19. BMT Demokratiya Fondu
  20. BMT Enerji
  21. Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi üzrə BMT Qurumu
  22. İqlim Dəyişmələri üzrə BMT Çərçivə Konvensiyası
  23. BMT-nin İnsan Məskənləri Proqramı
  24. BMT Təlim və Tədqiqat İnstitutu
  25. BMT Okeanlar
  26. BMT Əhali Fondu
  27. BMT-nin Konvensional Silahlar Reyestri
  28. BMT Sistemi üzrə Koordinasiya üçün Baş İcraçı Direktorlar Şurası
  29. BMT Sistemi üzrə Kadrlar Kolleci
  30. BMT Su
  31. BMT Universiteti.

BMT-dən kənar qurumlar:

  1. 24/7 Karbonsuz Enerji Kompaktı
  2. Kolombo Planı Şurası
  3. Ətraf Mühit üzrə Əməkdaşlıq Komissiyası
  4. “Təhsil Gözləyə Bilməz” təşəbbüsü
  5. Hibrid Təhdidlərə Qarşı Mübarizə üzrə Avropa Mükəmməllik Mərkəzi
  6. Avropa Milli Avtomobil Yolları Tədqiqat Laboratoriyaları Forumu
  7. Onlayn Azadlıq Koalisiyası
  8. Qlobal İcma ilə Əlaqə və Dayanıqlıq Fondu
  9. Qlobal Terrorla Mübarizə Forumu
  10. Kiber Ekspertiza üzrə Qlobal Forum
  11. Miqrasiya və İnkişaf üzrə Qlobal Forum
  12. Qlobal Dəyişikliklər üzrə Amerika Qitəsi İnstitutu
  13. Mədənçilik, Minerallar, Metallar və Dayanıqlı İnkişaf üzrə Hökumətlərarası Forum
  14. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel
  15. Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm–Siyasət Platforması
  16. Mədəni Dəyərlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz
  17. Beynəlxalq Pambıq Məsləhət Komitəsi
  18. Beynəlxalq İnkişaf Hüququ Təşkilatı
  19. Beynəlxalq Enerji Forumu
  20. İncəsənət Şuraları və Mədəniyyət Agentlikləri üzrə Beynəlxalq Federasiya
  21. Demokratiya və Seçkilərə Yardım üzrə Beynəlxalq İnstitut
  22. Ədalət və Qanunun Aliliyi üzrə Beynəlxalq İnstitut
  23. Beynəlxalq Qurğuşun və Sink Tədqiqat Qrupu
  24. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi
  25. Beynəlxalq Günəş Alyansı
  26. Beynəlxalq Tropik Ağac Materialları Təşkilatı
  27. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaq
  28. Amerika Qitəsi Coğrafiya və Tarix İnstitutu
  29. Atlantik Əməkdaşlıq üzrə Tərəfdaşlıq
  30. Asiyada gəmilərə qarşı dəniz quldurluğu və silahlı qarətə qarşı mübarizə üzrə Regional Əməkdaşlıq Sazişi
  31. Regional Əməkdaşlıq Şurası
  32. XXI əsr üçün Bərpa Olunan Enerji Siyasəti Şəbəkəsi
  33. Ukraynada Elm və Texnologiya Mərkəzi
  34. Sakit Okean Regional Ətraf Mühit Proqramının Katibliyi
  35. Avropa Şurasının Venesiya Komissiyası.

Medianews.az 

Bizə qoşulun