Alman hərbçiləri Annaburq aviabazası üzərində naməlum dronları vurmağa cəhd ediblər.
Medianews.az xəbər verir ki, Deutsche Welle-nin (DW; Rusiyada xarici agent kimi tanınan media orqanı) məlumatına görə, Alman hərbi qüvvələri naməlum dronları vurmağa cəhd etsə də, əməliyyat uğursuz olub.
Məlumata görə, dekabrın 1-də Annaburq aviabazası radar üzərindən təxminən 100 metr yüksəklikdə uçan üç naməlum dron müşahidə edilib. Bundesver dronların Almaniyanın əvvəllər İsraildən aldığı Arrow-3 zenit - raket sistemlərini aşkar etmək üçün buraxıldığını irəli sürüb.
Dronlara xüsusi nişangahlı hücum tüfənglərindən atəş açılıb, lakin onlardan heç biri vurulmayıb.
Medianews.az