Həqiqətən çox maraqlıdır. Yanvarın 8-də Parisdə Almaniyanın, Fransanın və Polşanın xarici işlər nazirləri məşhur "Veymar üçlüyü" çərçivəsində görüşüblər.
Əsas mövzu ABŞ Prezidenti Donald Trampın Qrenlandiya adasının ələ kemirilməsi üzrə son bəyanat və tələblərinin dəyırləndirilməsi olub.
Burada Fransanın xarici işlər naziri Amerikanın heç xoşuna gəlməyəcək bir hadisəni eyhamla xatırladıb. O deyib ki, indi Luiziananın alınıb-satıldığı dövrlər deyil.
Nazir 1756-1763-cü illərdə 7 illik müharibə nəticəsində bu gün ABŞ-ın ştatlarından birinə çevrilən Luizianın Fransadan alınaraq ABŞ-a verilməsi hadisəsinə eyham vurur və Trampa mesaj verir ki, Qrenlandiyanı da bu sayaq bizdən qopara bilməzsən.

Veymar üçlüyünün Paris toplantıslnda ən maraqlı fakt Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın da iştirakıdır.
Hindistan hara, Avropanın ən qatı anti-Rusiya bloku sayılan "Veymar üçlüyü" hara?!
Veymar üçlüyü 1991-ci ildə SSRİ dağılanda Almaniya, Fransa və Polşa tərəfindən Almaniyanın Veymar şəhərində təsis edilib. Rusiyanın Ukraynaya təcavüzündən sonra anti-Rusiya müstəvisində daha da fəallaşıb və hazırda Rusiya əleyhinə ən barışmaz siyasəti ilə seçilir...
Belədə Hindistan bu qurumun işinə niyə qatılıb?! Araşdırmağa və düşünməyə dəyər...
Aydın Quliyev,
politoloq