Medianews.az
Arda Turan ona yarım kilo qızıl HƏDİYYƏ ETDİ -
174 baxış

Arda Turan ona yarım kilo qızıl HƏDİYYƏ ETDİ - FOTOLAR

Keçmiş futbolçu Arda Turan yeni dünyaya gələn qardaşı qızı ilə bağlı etdiyi jestlə gündəmə gəlib.

Məlumata görə, Arda Turanın qardaşı Okan Turan və həyat yoldaşı Katre Turan valideyn olublar. Cütlüyün övlad sevinci Türkiyə mətbuatında geniş işıqlandırılsa da, Arda Turanın körpəyə verdiyi iddia edilən bahalı hədiyyə sosial şəbəkələrdə böyük maraq doğurub.

Mili.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2022-ci ildə ailə quran Okan və Katre Turan ikinci evlilik ildönümlərindən sonra hamiləlik xəbəri ilə diqqət mərkəzinə düşmüşdülər. Bu müddət ərzində Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan ilə baldızı Katre Turan arasındakı münasibətlər də zaman-zaman tabloidlərin müzakirə mövzusu olub. Hətta bəzi dövrlərdə aralarında soyuqluq yaşandığına dair iddialar irəli sürülüb.

Bu yaxınlarda qız övladı dünyaya gətirən Okan və Katre Turanın sevincinə ilk dəfə əmi olan Arda Turanın da xüsusi şəkildə şərik olduğu bildirilir. İddialara əsasən, Arda Turan qardaşı qızına "xoş gəldin" hədiyyəsi olaraq onun adına açılan bank hesabına yarım kiloqram qızıl və 3 milyon lirə yatırıb.

Qeyd olunur ki, sözügedən məbləğin hazırkı dəyəri təxminən 3,1 milyon lirə təşkil edir və bu iddia qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.

Futbolçu karyerasını başa vurduqdan sonra da Arda Turan şəxsi həyatı, ailəsinə bağlılığı və yaxınlarına göstərdiyi diqqət ilə tez-tez medianın diqqət mərkəzində qalır. Daha əvvəl də övladları və ailə üzvləri üçün etdiyi jestlərlə gündəmə gəlmişdi.

Bizə qoşulun