“Britaniya, digər Qərb ölkələrindən daha çox, ən azı 170 ildir ki, Rusiyaya zərər verməyə çalışır, lakin onun resursları məhduddur”.
Medianews.az xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson YouTube-da bildirib.
“Britaniyalılar ən çox Rusiya ilə, Rusiyanı cilovlamaqla maraqlanırlar. Bu, ən azı Krım müharibəsindən bəri Britaniyanın vəsvəsəsi olub. Beləliklə, bu, 170 ildir. Britaniyalılar üçün problem onların məhdud seçim imkanlarına malik olmalarıdır”, - deyə Conson qeyd edir.
Keçmiş MKİ zabiti əmindir ki, britaniyalılar sərt ola bilərlər, lakin münaqişənin gedişatını Ukraynanın xeyrinə çevirmək üçün onların gücü çatmır. Conson hesab edir ki, Ukraynanın qalib gəlmək şansı qətiyyən yoxdur.
Bundan əlavə, Conson əmindir ki, Britaniya Ukraynaya silah təchizatı və maliyyələşdirmə ilə kömək etməyə davam edir, çünki Qərb Rusiyada etibarlı məlumat mənbələrinə malik olmadığına əmin olub.
Medianews.az