Medianews.az
Trampın şirkəti qonşu ölkəmizdə 70 mərtəbəli
50 baxış

Trampın şirkəti qonşu ölkəmizdə 70 mərtəbəli bina tikəcək

"Tramp" təşkilatı və onun tərəfdaşları Gürcüstanın paytaxtı Tiflisdə yeni göydələn inşa edəcək.

Bu barədə “Röyters” məlumat yayıb.

Məlumatda bildirilib ki, 70 mərtəbəli "Tramp Tower Tiflis" layihəsi ölkənin paytaxtındakı ən hündürmərtəbəli bina olacaq. Həmçinin bina bir çox məqsədlər üçün istifadə olunacaq.

Qeyd edək ki, "Tramp" təşkilatı ABŞ Prezidenti Donald Trampa məxsus özəl transmilli konqlomeratdır. Şirkət əsasən daşınmaz əmlak, otelçilik, qolf meydançaları və əyləncə sahələrində fəaliyyət göstərir./axar.az

Bizə qoşulun