Medianews.az
Trampdan İrana sərt xəbərdarlıq:
97 baxış

Trampdan İrana sərt xəbərdarlıq: “20 dəfə daha güclü zərbə endirə bilərik”

ABŞ prezidenti Donald Trump İranla bağlı yeni sərt bəyanatla çıxış edib.

Medianews.az-ın məlumatına görə, o bildirib ki, əgər İran Hörmüz boğazı üzərindən neft daşımalarını dayandırmağa cəhd etsə, ABŞ çox daha sərt hərbi cavab verəcək.

Trampın sözlərinə görə, belə bir addım atılacağı təqdirdə ABŞ İranın asanlıqla məhv edilə biləcək hədəflərinə zərbə endirə bilər. O qeyd edib ki, Vaşinqton indiyə qədər edilən hücumlardan 20 dəfə daha sərt cavab verməyə hazırdır.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, Hörmüz boğazının açıq qalması xüsusilə Çin kimi bu marşrutdan geniş istifadə edən ölkələr üçün mühüm əhəmiyyət daşıyır.

Basra körfəzi ilə Oman dənizi arasında yerləşən Hörmüz boğazı qlobal enerji bazarı üçün strateji keçid sayılır. Dünya üzrə neft tədarükünün təxminən beşdə biri məhz bu su yolu vasitəsilə daşınır. Bölgədə artan hərbi gərginlik səbəbindən son günlər tanker hərəkətində müəyyən ləngimələrin yarandığı bildirilir.

Ekspertlərin fikrincə, boğazın bağlanması və ya neft daşımalarının dayanması qlobal enerji bazarında qiymətlərin kəskin artmasına səbəb ola bilər.

Xatırladaq ki, Tramp bundan əvvəl Yaxın Şərqdə münaqişənin böyük ölçüdə başa çatdığını bildirmişdi. Lakin İranla bağlı son açıqlama bölgədə gərginliyin hələ də davam etdiyini göstərir.

Medianews.az

Bizə qoşulun