Sənəddə bu cür məhdudiyyətlərin tətbiqi ilə bağlı yekun qərarın prezidentin səlahiyyətində olması nəzərdə tutulsa, Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qanun layihəsini imzalamağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi "Reuters"ə danışıb.
"Ağ Ev və prezident üçün həmişə vacib olub ki, sanksiyalar paketində sanksiyaların tətbiqi ilə bağlı yekun qərarı təmin edəcək istisna var. Ona görə də bu bənd qanun layihəsinin mətninə daxil edilərsə, düşünürəm ki, prezident onu imzalamaq barədə düşünərdi", - rəsmi bildirib.
O əlavə edib ki, Ağ Ev Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Moskva ilə danışıqlar üzərində işləməyə davam edir.
"Biz hələ də bunun üzərində işləyirik. Bu, sadəcə xəbərlərdən ibarət deyil, ortada çox proses var", - deyə Ağ Ev rəsmisi izah edib.