ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun Cənub Dairəsi üzrə federal prokuror Cey Kleytonu Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd irəli sürüb.
Medianews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kleytonun namizədliyi Trampın milli təhlükəsizlik sahəsində təcrübəsi olmayan Bill Pulteni müvəqqəti kəşfiyyat rəhbəri təyin etməsi ilə bağlı yaranan mübahisələr fonunda açıqlanıb. Bu qərar həm demokratların, həm də respublikaçıların tənqidinə səbəb olmuşdu.
Tramp bildirib ki, Pulte bu vəzifəni yalnız qısa müddət icra edəcək və Kleytonun Senat tərəfindən tezliklə təsdiqlənəcəyinə ümid edir.
Keçmişdə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına rəhbərlik etmiş Kleyton hazırda federal prokuror vəzifəsində çalışır. Senatın Kəşfiyyat Komitəsi onun namizədliyi ilə bağlı dinləmələri iyunun 17-də keçirəcək.
Kleytonun namizədliyi həm demokrat, həm də respublikaçı senatorlar tərəfindən ümumilikdə müsbət qarşılanıb.